Papanın vəzifəsindəki son günü
Movqe.az xəbər verir ki, katolik aləminin
ruhani lideri Papa
16-cı Benediktus vəzifəsindəki
son günündə Vatikanda
kardinallarla vidalaşıb.
Papa, çıxışında, xələfinə
"şərtsiz hörmət
və itaət" sözü
verib. Papa
Vatikandakı proqramını
tamamladıqdan sonra yerli
saatla 17.00-da buradan
vertolyotla ayrılaraq
papaların yazlıq iqamətgah
olaraq istifadə etdiyi, onun
da bir müddət
qalacağı "Castel Gandolfo"ya
köçəcək. Papa
vəzifədən ayrıldıqdan sonra
ona "Emerit
Papa" və ya
"Emerit Roma yepiskopu"
ünvanlarıyla xitab
ediləcək.