Əlaqə Arxiv
news Image
2018.05.15
16:00
| A A A
Nostradamusun 11 DƏQİQ PROQNOZU

Bir çox skeptiklər fransız əczaçısı və peyğəmbər olduğu fərz edilən Nostradamusun proqnozlarına inanmır, lakin onun mülahizələrinin kifayət qədər uzunömürlü olduğunu da inkar etmək olmaz.

Dünya nəşriyyatları onun 1555-ci ildə yazdığı «Peyğəmbərlik» adlı ilk kitabının surətini bu gün də dərc etməkdədir. Kitabın hər bir rübaisində gələcəkdən xəbər vermək cəhdi edilir. İnanıb-inanmamaq isə hər kəsin öz ixtiyarındadır…

Məntiqlə Nostradamusun hər bir proqnozu müəyyən bir hadisəyə aid olsa da, onlardan bəziləri dəhşətli dərəcədə reallığa yaxındır.

Movqe.az-ın publika.az-a istinadən diqqətinizə təqdim etdiyi 11 hadisədə onun nəzəri məharətini görməzdən gəlmək mümkün deyil.

1. II Henrixin ölümü

II Henrix

«Gənc aslan təkbətək vuruşda

Qocanı məğlub edəcək.

O, qızıl qəfəsdə qocanın gözlərini çıxaracaq,

İki yara birləşəcək və qoca əzablı bir ölümlə öləcək».

Baş verənlər:

1959-cu ilin yayında fransız kralı II Henrix özündən 6 yaş kiçik zadəgan Qabriel, qraf Montqomeri, senyor de Lorjla təkbətək vuruşa çıxmağa hazırlaşırdı.

Son toqquşmalarında Montqomerinin nizəsi yuxarıya uçaraq, iki parçaya bölündü. Nizə qırıqlarının biri kral dəbilqəsinin niqabından keçərək gözünə batdı, ikincisi isə gicgahında ilişib qaldı. On gün can üstündə olan Henrix ağır iztirablarla öldü.

Bəzi mənbələrdə onların dəbilqələrində şir şəklində emblemlərin olduğu deyilir. Skeptiklər hətta rübaidə bəhs olunan döyüş meydanının II Henrixin qətlə yetirildiyi dostluq yarışına heç bir aidiyyətinin olmadığını iddia edir.

2. Böyük London yanğını

«66 nəfər odda yandırılanlar

Londonda ədalətli qana susayacaqlar,

Qoca ledi yüksək məqamından devriləcək

Və bir çox din qardaşları qətlə yetiriləcək».

Baş verənlər:

Londonun Paddinq-leyn küçəsindəki Tomas Farrinerə məxsus çörəkxanada baş vermiş kiçik bir yanğın üç gün davam edərək, bütün şəhəri ağuşuna aldı. Bu hadisə Böyük London yanğını kimi məşhurlaşdı.

Yanğın zamanı həlak olan kəndlilərin dəqiq sayı bilinməsə də, tarixçilər onların səkkiz nəfər olduğunu iddia edir. Həmçinin yanğın zamanı minlərlə bina dağılmışdı.

«Din qardaşları» ifadəsini isə Qara ölümün daşıyıcıları olan milyonlarla bitli-birəli siçovulların məhv edilməsinə aid etmək olar. Belə ki, o dövrün bəlası olan taun xəstəliyinin kökü məhz Böyük Yanğından sonra kəsildi.

3. Fransız inqilabı

«Zadəganların həbsxanalarında məhkum edilmiş kölələr

Ayağa qalxaraq səsini ucaldacaq.

Sonralar boşbeyin səfehlər bu fəryadı

İlahi səda adlandıracaq».

Baş verənlər:

1789-cu ildə fransız xalqı zadəgan hakimiyyətinə son qoymaq qərarına gəldi. Onlar ayağa qalxaraq, həbsxana kimi istifadə olunan Paris qalası Bastiliyanı işğal etdi. Monarxiyanın sui-istifadə rəmzi olan Bastiliyanın devrilməsi Fransız inqilabının tacı sayılır.

Qısa müddətdə Parisi nəzarət altına alaraq, kral ailəsinin bir neçə üzvünü ələ keçirib baş kəsmə edamına məruz qoyan kəndlilər öz tələblərini yerinə yetirdilər.

4. Napoleonun nailiyyətləri

I Napoleon Bonapart

«Po, Ne, Loron, qandan çox alov,

Şöhrət içində böyük bir şəxsiyyət izdihama doğru qaçır.

O, boşboğazların yanına getməkdən imtina edəcək,

Pamponla Düranse onu dustaq edəcək».

Baş verənlər:

Po, Ne və Loron Paris kənarında üç şəhərin adıdır, hərçənd üçüncü şəhər Oloron adlanır. Onların adını çəkən Nostradamus öz sevimli üsullarından biri olan anaqramma müraciət edir.

Şəhər adlarının hərflərini fərqli şəkildə qruplaşdırdıqda, təxminən Napaulon Roy ifadəsi alınır ki, bu da fransızca Kral Napoleon ifadəsinə yaxın səslənir.

«Qandan çox alov» ifadəsi isə hakimiyyəti zorla ələ keçirən Napoleonun nanəcib bir nəslin nümayəndəsi olduğuna işarə kimi anlaşıla bilər. «Boşboğazların yanına getməkdən imtina edəcək» kəlmələri də Napoleonun dustaq etdiyi VI Piy və VII Piy papalarına aid oluna bilər.

5. II Filipin hakimiyyəti

II Filipp

«Yeddi il Filipp çiçəklənəcək,

O, ərəb ordusunu azaldacaq,

Yolun yarısına çatdıqdan sonra hər şey onun əksinə çevriləcək,

Gənc bir ox onu məhv edəcək».

Baş verənlər:

İspaniyanın katolik kralı II Filipp hakimiyyətə 1556-cı ildə gəlib və hakimiyyətinin ilk dövründə İspaniya son dərəcə zəngin bir ölkə olub. Nostradamusun «yeddi» kəlməsi Bibliya təbirincə «uzun müddət» kimi izah edilə bilər.

Lakin kralın uğuru gözlənilmədən, 1587-ci ildə, Mariya Stüart adlı katolik bir xanımın edamı ilə bir vaxtda başa çatdı. Bu xanımın ölümü kralın İngiltərə ilə ittifaqına praktiki olaraq son qoydu. Bir il ondan sonra kralın İspaniya armadası ilə İngiltərəyə basqın etmək cəhdi uğursuzluğa uğradı.

Rübaidə həmçinin Lepanto yaxınlığındakı döyüş də xatırlanır. Həmin döyüşdə İspaniya ərəblərin məskunlaşdığı cənub ərazisində Osmanlı imperiyasının donanmasını darmadağın etmişdi. Sonralar Filipp müsəlmanların İspaniyadan qovulması tələbini irəli sürdü.

Rübainin sonundakı «gənc ox» ifadəsi hugenot və müvafiq olaraq protestant olan 36 yaşlı IV Henrixi xatırladır. Fərqli dini etiqad sahibi olan IV Henrix kral Filipp ölənə qədər onunla vuruşmuşdu.

6. Lui Pasterin kəşfləri

Lui Paster

«Uzun əsrlər boyu itirilmiş bir şeyin üstü açılacaq,

Paster az qala Tanrı kimi məşhurlaşacaq.

Bu hadisə Ayın böyük dövrəsi zamanı baş verəcək,

Lakin digər şayiələrə görə o, bədnam olacaq».

Baş verənlər:

1822-ci ildə dünyaya gəlmiş Lui Paster fransız kimyaçısı və mikroorqanizmlərin qıcqırma yaratdığını kəşf edən mikrobioloq olub. Alim bakteriyaların, əvvəllər zənn edildiyi kimi, özbaşına yaranmadığını, canlı orqanizmlərdən törədiyini sübuta yetirmişdi. Bu proses biogenez adlanır.

Paster «bakterial nəzəriyyəsini» ilk dəfə elan etməzdən öncə bütün Avropanı onun əsaslılığına inandırmışdı. Alim onun şərəfinə «pasterizasiya» adlandırılan bakteriyalardan xilas olma prosesini kəşf edib. Onun ilkin tədqiqatları həmçinin quduzluq və Sibir xorası kimi xəstəliklərin əleyhinə olan vaksinlərin yaradılmasına səbəb olub.

Lakin 1995-ci ildə Cerald L.Ceyson adlı tarixçinin Pasterin Sibir xorası əleyhinə vaksinini işə salmaq məqsədilə rəqibinin kəşflərindən faydalandığına işarə edən kitabı işıq üzü gördü. Bu kəşf, Nostradamusun xəbər verdiyi kimi, qismən Pasteri bədnam etdi.

7. Avropada Hitler terroru

Hisler

«Qərbi Avropa dərinliklərində

Kasıb bir ailədə bir körpə doğulacaq.

Bu körpənin dili böyük orduları yoldan çıxaracaq,

Onun şöhrəti Şərqə qədər genişlənəcək».

Və…

«Ac və quduz heyvanlar çayları yaracaq,

Döyüş meydanının böyük hissəsi Hislerə qarşı çıxacaq.

Almaniya çağasının xəbəri olmayan bir vaxtda

Dahini dəmir qəfəsdə sürüyəcəklər».

Baş verənlər:

1889-cu ildə Qərbi Avropanın kasıb bir aliəsində dünyaya gəlmiş Hitler Birinci Dünya müharibəsindən sonrakı illərdə Almaniyada Nasist partiyasını səfərbər etmək üçün yüksək natiqlik bacarıqlarından yararlamnışdı. «Mehvər» ölkələrinin üzvü olan Almaniya həmçinin Şərqdə Yaponiya ilə müttəfiq idi. Bir çoxlarının «Hister» sözünü səhv kimi dəyərləndirdiyi halda, bu, Dunay çayının köhnə adıdır.

Qeyd edək ki, Hitler gələcəkdə Avstriya-Macarıstan ərazisi olan, Dunay monarxiyası adı ilə tanınan bir çay yaxınlığında dünyaya gəlib. Nostradamus əsərlərində «Hister» kimi anaqramlardan çox yararlanmışdı.

8. Şarl de Qollun liderliyi

Şarl de Qoll

«Herkules Romanın və Annmarkın kralı olacaq,

De Qoll adlı bir adam – üçqat lider olacaq,

İtaliya ilə Venesiyanın suları titrəyəcək,

O, bütün hökmdarlardan məşhur olacaq».

Baş verənlər:

Azad Fransa Qüvvələrinin lideri kimi tanınan üçqat lider Şarl de Qoll həm də İkinci Dünya müharibəsi zamanı Londona sürgün edilmiş Fransa hakimiyyətinin lideri olub. Müharibədən sonra o, müvəqqəti hakimiyyətin baş naziri təyin olunub və nəhayət, 1959-cu ildə Beşinci Fransa Respublikasının prezidenti olub.

9. Atom bombası

«Ağır ox yola düşdü,

Sözdə ölüm böyük nailiyyətdir,

Məğrur xalq ağac içində daşla alçaldılıb,

Əvvəl paklanma, sonra da bağışlanma gətirmiş müdhiş bir adam barədə şayiələr».

Baş verənlər:

1945-ci ilin avqust ayında ABŞ Yaponiyanın Naqasaki ilə Xirosima şəhərlərinə iki atom bombası endirdi. Bir çox tarixçilər bu faciənin İkinci Dünya müharibəsinin sonu olduğunu hesab edir.

Təxirsiz partlayışdan qurtulanlar zəhərlənmədən əziyyət çəkirdi, çoxları həlak oldu. Nostradamus rübaisindəki «ağac içindəki daş» ifadəsi şəhər səmasını bürüyən göbələyə bənzər buluda işarə edə bilər. Həmçinin bu ifadə ağacda və ya səmada yeri olmayan daş və ya bomba mənasını da verə bilər.

10. Con Kennedinin qətli

Con Kennedi

«Ulu tapşırıq icra ediləcək,

Şeytan yuxarıdan enəcək, qoy onunla birlikdə,

Ölü, günahsız bir dahi suçlandırılsın,

Təqsirkar isə dumanda qalacaq».

Baş verənlər:

Con Kennedinin 1963-cü ildə baş vermiş qətli, şübhəsiz, yuxarıdan həyata keçirilib: güllə onun başına dam hündürlüyündə bir yerdən atılıb.

Cinayətdə təqsirləndirilən Li Harvi Osvaldın məhkəmə qarşısına çıxması uzun çəkdi. Dallos gecə klubunun sahibi Osvaldı polis nəzarətində olduğu bir vaxtda öldürmüşdü. Osvald həmçnin qapazaltı olduğunu, lakin bununla belə təqsirkar olmadığını iddia edirdi.

Kennedinin qatilinin kim olduğu bugünə qədər məlum deyil. Yaxın keçmişdə keçirilən Qellal sorğusunun nəticələrinə görə, amerikalıların 61%-i bunun sui-qəsd olduğunu hesab edir.

11. 2001-ci ilin 11 sentyabrı

«Səma 45 dərəcədə yanacaq,

Alov böyük yeni şəhərə çatacaq.

Şəhəri odla məhv edəcək,

Soyuq və qəddar ürək, qan töküləcək və heç kəsə rəhm olunmayacaq!»

Baş verənlər:

2001-ci ilin 11 sentyabr günü səhər saatlarında qaçırılmış təyyarələr Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin iki qülləsinə girdi.

Alimlər Nostradamusun «45 dərəcə» ifadəsini həm Nyu-Yorkun 45-ci genişliyə yaxınlığı, həm də binaların yerə münasibətdə 45 dərəcəli bucaq altında aşdığı kimi izah edir.

Sizin Reklam Yeriniz