Əlaqə Arxiv
news Image
2013.03.04
15:34
| A A A
Yəhudilər müsəlman dünyasında necə yaşayıblar? (YENİLİK)

İsrailin Milli Kitabxanası qədim manuskriptlərin əldə edildiyinə dair faktlar açıqlayıb. Həmin sənədlər içərisində yəhudilərin müsəlmanların imperiyasında, xüsusən də indiki İranın ərazisində yaşamaları ilə əlaqədar 29 vərəqə də yer alıb.


Kitabxananın direktoru, professor Haqqay ben-Şammayın sözlərinə görə, az tanınmış yəhudi icmlarının XI əsrdə müsəlman imperiyasında mədəni, dini və məişət həyatı ilə bağlı nadir materialların çoxu tam təsadüfən aşkarlanıb. Onları əvvəldən kim və nə vaxt tapıb, məlum deyil. Alim ehtimal edir ki, üzə çıxarılmış artefaklar mənşəcə Əfqanıstanın şimal dağlıq hissələrindəndir. Şammayın bildirdiyinə görə, yəhudilər çox güman, orta əsrlərin başlanğıcında həmin yerlərdə məskunlaşıblar. Onlar Çin ilə Avropanı birləşdirən Böyük İpək Yolundakı ticarətdə iştirak etmək istəyiblər.


Qədim manuskriptlərin yaxşı saxlanmasına diqqət yetirərək belə qənaətə gəlmək olar ki, onlar quru və əlçatmaz mağaralarda saxlanılıblar. Bir neçə il öncə isə materiallar Britaniyadan, İsveçdən, Amerikadan və Yaxın Şərqdən olan antik əşyalar toplayan şəxslərin əllərinə keçib. Professor Şamay inandırmağa çalışır ki, rəhbərlik etdiyi kitabxananın aldığı 29 vərəqə mağaradan tapılmış sənədlərin yalnız kiçik bir hissəsidir. Ancaq bu, heç də onların əhəmiyyətini azaltmır. "Biz ilk dəfə olaraq XI əsrdə İran mədəniyyətinin içərisində yəhudi həyatı və mədəniyyətinin mövcudluğunu isbata yetirmiş real, canlı sənədlər tapmışıq", - deyən Şamay materiallardakı mətnlərin ərəb, aramey və digər dillərlə yanaşı, ivrit dilində də qələmə alındığını vurğulayıb. Məzmuna gəlincə isə, mətnlərdə müxtəliflik var. Burada ailə məsələlərinə həsr olunmuş şəxsi yazışmalardan tutmuş, səyahət hekayələrinə, dini mətnlərə rast gəlinir. Yeni tapıntılar içərisində ayrı-ayrı şəxslərin doğumunu təsdiqləyən rəsmi sənədlər də yer alır. Materialların müəyyən qismi isə yəhudilərin müsəlman qonşuları ilə ticarət müqavilələrindən və borc öhdəlikləri bildirişlərindən ibarətdir.


Haqay ben-Şamayın fikrincə, İsrail Milli Kitabxanasının əldə etdiyi ən vacib sənəd məşhur Babil yəhudi din xadimi olan Sadie Haon tərəfindən yazıldığı bildirilən İsayn kitabına yəhudi-fars versiyalı şərhlərdir. Alimin bildirdiyinə görə, əvvəllər bu şərhlər barədə məlumat olsa da, onlar aşkarlanmamışdı.

Sizin Reklam Yeriniz