news Image
2013.03.04
16:14
| A A A
Bəzilərinə görə qiyamət əlamətidir
Movqe.az xəbər verir ki, coğrafyada "sıldırım" deyilən çuxurların meydana gəlmə səbəbi dəqiq olaraq bilinmir. Lakin sirri sui-qəsd nəzəriyyələrinə yol açır. Bəzilərinə görə qiyamət əlaməti,  başqasına görə səbəbi dünyanın ölçü dəyişdirməsi və ya yer hərəkətləridir. Nə üçün yarandığı hələ qəti olaraq bilinməsə dünyada insanların ən çox qorxduqları təbii fəlakət növlərindən biridir.  Quatemalada 2011-ci ildə yaşlı bir qadın yataq otağında açılan 12 metrlik çuxura düşməkdən təsadüfən xilas ola bilib. 2007-ci ildə yenə Quatemalada yaranan çuxur evləri avtomobilləri udmuş, ​​3 nəfər ölmüşdü. ABŞ-da, San Franciscoda 1995-ci ildə 60 metr genişliyindəki 18 metr dərinliyi olan çuxur iki evi bir avtomobili udmuşdu. Çində bir prospektdə açılan çuxur avtomobili sürücünü udmuşdu.