Əlaqə Arxiv
news Image
2018.10.17
16:00
| A A A
Uşağın ucaboy olmasını istəyirsinizsə, bu qidaları yedizdirin - SİYAHI

Bütün valideynlər uşaqlarının ucaboy olmasını istəyir. Bəs buna necə nail olmaq olar? Bəzi mütəxəssislər hesab edir ki, ucaboy olmaq genetika ilə bağlıdır. Bəziləri isə uşaqların uzun boylu olmasının birbaşa onların qida rasionu ilə əlaqədar olduğunu iddia edir. Hər bir halda valideynlər övladlarına yedirtdikləri qidalara xüsusi diqqət yetirməlidirlər.Movqe.az uşaqların boyunun uzanmasına kömək edən qidaları təqdim edir.

Süd və süd məhsulları:

Kalsium mineralının təməli süd və süd məhsullarıdır. Xüsusilə sümük və dişlərin inkişafına lazım olan kalsium ehtiyacını qarşılamaq üçün süd, qatıq, ayran, pendir kimi qidaların yeniyetməlik dövründəki uşaqların qidalanma proqramına daxil edilməsi vacibdir. Gün ərzində uşaqlarınıza mütləq 2 stəkan süd, 1 stəkan qatıq verin. Həmçinin bunlarla yanaşı səhər naharda pendir çeşidlərinin olması, yeməklərin yanında ayran içilməsi kalsium almağa kömək edəcək.

Çedar (cheddar) pendiri:

Bütün pendir növlərinin tərkibində kalsium var. Amma 100 qram çedar pendirində 720 milliqram kalsium var. Evinizdə yeniyetmə varsa, çedar pendiri mətbəxinizdən əskik olmamalıdır.

Küncüt:

Kalsium dəyəri ən yüksək olan qidalardan biri də küncütdür. Birbaşa yeyilməyən küncüt adətən smit, börək və başqa un məmulatlarının üzərinə səpilir. Amma diqqət etmək lazımdır ki, bu, aşırı dərəcədə olmasın. Çünki küncütün tərkibində yüksək miqdarda yağ var ki, bu da uşaqların artıq çəki almasına səbəb ola bilər.

Çərəzlər:

Uşaqların sevərək yedikləri çərəzlərin də tərkibində kalsium dəyəri yüksəkdir. Əgər uşaqlarınız kifayət qədər süd və süd məhsulları yemirsə, bunlara dəstək olaraq fındıq, fıstıq, badam, qoz kimi çərəzlərdən istifadə olunmalıdır. Gün ərzində təxminən bir ovuc dolusu çərəz yeməsi uşağın daha uzun boylu bir gələcəyi üçün əhəmiyyətlidir.

Uşaqlarda boy uzanmasının əsas səbəbi kalsium və D vitamininin birlikdə qəbul olunmasıdır. Yuxarıda bəhs etdiyimiz zəngin kalsium qaynaqlarının yanında, D vitamini ilə bol olan qidalar da qəbul etmək lazımdır. Balıq yağı kalsium əmilməsini dəstəkləyir, D vitamini ilə zənginolan süd, pendir və yumurta da istifadə oluna bilər. D vitamininin ən zəngin qaynağı isəgünəş işığıdır. Lazımi qədər günəş işığından faydalana bilməyən şəxslərdə istənilən qədər boy uzanması mümkün deyil. Bundan əlavə C vitamini dəyəri yüksək olan qidalar da bədəndə kalsiumun əmilməsini asanlaşdırır. Bu səbəblə bütün qida qruplarından kifayət qədər və balanslı şəkildə istifadə olunması əhəmiyyətlidir.
Ailem.az

Sizin Reklam Yeriniz