news Image
2013.03.05
15:44
| A A A
Oğru müəllim imiş
Movqe.az xəbər verir ki, ABŞ-ın Kaliforniya əyalətində bir sinifdə davamlı təkrar olunan oğurluq hadisələrinin arxasında bir müəllimin olduğu iddia edilib. Linden liseyində oğrunu tutmaqda qərarlı olan Castin Betti adlı şagird, bütün şagirdlərin bədən tərbiyəsi dərsi üçün idman salonuna getdiyi bir vaxtda şkafa gizlənərək gözləməyə başlayıb. Şagirdlərin çantalarını qarışdıraraq pul qiymətli əşyalarını götürən şəxsin isə müəllimlərindən biri olduğunu müəyyən edib. Bunu yoldaşlarına syləyən Betti heç kimin ona inanmadığını görəndə növbəti dəfə hadisəni qeydə alıb. Hadisəni izah edən Betti, çox sevdiyi  müəlliminin oğurluq edə biləcəyini əsla təxmin etmədiyini söyləyib. Müəllim haqqında isə istintaq başladılıb