Əlaqə Arxiv
news Image
2017.10.10
14:46
| A A A
Plastik cərrahiyyə qurbanları - aeroportda gözlədilər - FOTO

Böyrəküstü vəzilərində fəsadlar olan 5 yaşlı qızın orqanizmi cinsi yetkinlik baxımından 16 yaşlı qızın səviyyəsindədir.

Son bir il ərzində Emili Doverin vücudu yetkinlik yaşına çatmış qız bədənini xatırladır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, çəkisi 44 kq olan Emiliin orqanizmindəki adrenalin anormallığı artıq ciddi müalicə tələb edir.

Belə ki, sinəsi böyümüş bu uşaqda artıq menopauza başlayıb.

Avstraliyanın Yeni Cənubi Uels əyalətində yaşayan Emili Dover ciddi müayinə olunub. Həkimlərin dediklərinə görə, Addison xəstəliyinə mübtəla olan Emilinin orqanizmi yaşıdlarından çox fərqlənir.

Emilinin özü də bunu anlayır.

"Məktəbdə uşaqlar məni ələ salır, "Qadın!" deyirlər. Sinəm böyük olduğundan mənə gülürlər", - 5 yaşlı Emili deyib.

Emilinin anasının, 41 yaşlı Temin dediyinə görə, qızı 4 yaşında olanda onun sinəsi böyüməyə başlayıb, vücudunda səpkilər peyda olub.

Addison xəstəliyi böyrəküstü vəzilərin funksiyasına təsir edən ciddi sindromdur. Həmin vəzilərdəki disfunksiya isə orqanizmdə kortizol və aldosteron hormonlarının miqlarına təsir edir, sonra immun sistemində fəsadlar yaradır.

Tem Dover deyir: "Qızım uşaqlığını faktiki olaraq yaşamadı. 2 yaşı olanda vücudunda dəyişiliklərin başladığı, 4 yaşında sinəsinin böyüdüyü qızımın ciddi müalicəyə ehtiyacı var. Üstəlik, onun dərisində kistoz sızanaqlar da yaranıb. İş o yerə çatıb ki, qızım gigiyenik bezlərdən istifadə edir. Qızımın 5 yaşı olsa da, o, 16 yaşlı qız həyatı yaşayır".

milli.az

 

 

Sizin Reklam Yeriniz