Əlaqə Arxiv
news Image
2017.10.10
16:25
| A A A
IQ səviyyəsinə görə ölkələrin siyahısı
Siyahıda Azərbaycan olmasa da, Türkiyə 90 IQ səviyyəsi ilə 17-ci sırada yer alıb

Mütəxəssislərin araşdırmasına əsasən ölkələrin intellekt əmsalının (IQ) dünya miqyasına görə sıralanması açıqlanıb. Movqe.az xəbər verir ki, ingilis psixologiya professoru Richard Lynn və dünyanın 80-dən çox ölkəsində IQ işləri həyata keçirən finlandiyalı siyasi elmlər  professoru Tatu Vanhanen ilə birlikdə ölkələrin IQ səviyyəsini müəyyən ediblər. 80-dən çox ölkənin adı olan siyahıda birinci sırada 108 IQ ilə Hong Kong durur. Türkiyə isə 90 IQ səviyyəsi ilə 17-ci  sırada yer alıb.

Qeyd edək ki, ilk sıraları Asiya ölkələridir.  Onları İtaliya və digər Avropa ölkələri təqib edir. Milli gəlir və təhsil imkanlarının bu siyahıya təsir edən faktorlar arasında ilk sırada olduğunu ifadə edən ingilis psixologiya professoru Richard Lynn əsasən iqtisadi artım yaşayan ölkələrin yüksək IQ səviyyəsinə sahib olduqlarını ifadə edib. 

Mübariz Bayramov

Sizin Reklam Yeriniz