Əlaqə Arxiv
news Image
2013.03.05
18:23
| A A A
"Körpə planet" tapıldı

Elm insanları, hələ inkişaf mərhələsində olan və ana ulduzun meydana gəlməsindən qalan parçaları yığan bir planet kəşf ediblər. Movqe.Az-ın məlumatına görə, "Astrophysical Journal" adlı jurnalda nəşr olunan məqalədə, kəşf edilən göy cisminin "HD 100546" olaraq bilinən çox gənc bir ulduzun ətrafında dönən qaz və toz buludunun içində olan bir cisim olaraq görüldüyü bildirilib. Göy cisminin Yupiter ilə eyni ölçüdəki kimi göründüyü və dünyanın günəşə olan uzaqlığının 68 qatı qədər daha uzaqda olduğu qeyd edilib. Bu qədər məsafədə, ulduz ətrafındakı hərəkəti 360 ilə qədər davam edir. "Deutsche Welle"nin xəbərinə görə, dünyanın 300 qatı böyüklüyündə olan Yupiter isə günəş ətrafındakı bir dönüşünü yalnız 12 ildə tamamlayır.

Sizin Reklam Yeriniz