news Image
2012.04.26
12:34
| A A A
İnsan gücünü ikiqat artıran geyim - foto - video
Mövqe.az xəbər verir ki, Almaniyadakı firmalardan birində insan əlinin gücünü və həssaslığını ikiqat artıran yeni texnologiya məhsulu olan  avtomatik əlcəklər  istehsal olunub . Bu məhsul sayəsində   incə sənətkarlıq və güc tələb edən hər bir sektordan daha çox səmərə əldə olunması hədəflənir.
Esslingendəki sənayeyə nəzarət və avtomatlaşdırma firması olan "Festo"nun təkminləşdirdiyi "ExoHand" adlı avtomatik əlcəklər Hanover ticarət mərkəzində nümayiş etdirilib. Festo mühəndisləri bu əlcək vasitəsilə insan əlinin dözümlülük gücünü artırdıqlarını deyiblər.

Mexaniki bir skeletə bənzəyən ExoHand onu istifadə edən adamın hərəkətlərinə həmin anda  reaksiya  verən robotla birlikdə işləyir. Robotun barmaq uclarındakı qəbul edicilər "ExoHand"i geyən adamın diqqət və həssaslıq tələb edən işlərini daha asan görə bilməsini təmin edir . Cihazdan  elə  bu xüsusiyyətinə görə sağlamlıq sektorunda da istifadə edilməsi nəzərdə tutulur.

Əfqanə Məzahirqızı

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs