news Image
2013.03.06
15:40
| A A A
Bu da "Gangnam Style" markaları

Movqe.az xəbər verir ki, Cənubi Koreya Poçt Xidməti üzərində müğənni "PSY"in şəkilləri olan xatirə markaları hazırlayıb. Cənubi Koreya Poçt Xidməti, 2013-cu ilin əvvəlində çıxardığı xatirə markalarında "Gangnam Style" mahnısı ilə səslənilən "PSY"ə yer verib. Markanın bir dənəsi 270 von (təxminən 35 qəpik) dəyərində olub. Markalar çərçivə ilə satışa təqdim edilib. Çərçivəli xatirə markanın dəyəri isə 20 min vondur. Cənubi Koreyaya gələn bir çox turistin bu markaları aldığı deyilib.