Əlaqə Arxiv
news Image
2013.03.06
16:02
| A A A
"Galaxy S4"ün görünməmiş xüsusiyyəti

Samsungdan sızan məlumatlara görə, "Samsung Galaxy S4" "eye-tracking "(göz izləmə) texnologiyası ilə birlikdə gələcək. Movqe.Az-ın məlumatına görə, "Galaxy S4"ün bu yeni xüsusiyyəti ilə ekrana toxunmadan oxuduğunuz səhifələri dəyişdirə biləcəksiniz. Siz bir səhifənin sonuna gəldiyiniz zaman göz izləmə texnologiyası bunu edəcək və avtomatik olaraq səhifə dəyişəcək. Bir Samsung işçisindən alınan məlumatlara görə, bu texnologiya həqiqətən var, amma firmanın bunu 14 martda keçiriləcək yığıncaqda tanıdacağı dəqiq bilinmir. "Samsung Galaxy S4"ün 14 mart günü Nyu Yorkda keçiriləcək böyük bir fəaliyyətlə tanıdılması gözlənilir.

Sizin Reklam Yeriniz