news Image
2013.03.06
16:04
| A A A
"Chrome" yeniləndi

Movqe.az xəbər verir ki, "Chrome"un sonuncu yekun versiyası üçün yayımlanan bir yenilənməsi görün nələrə səbəb olub? "Google", "Chrome" veb skanerindəki 10 boşluğu bağlayan yenilənməsini yayımlayıb.25.0.1364.152 versiya nömrəsinə çatan yekun quruluşda 6 "yüksək" dərəcəli boşluq bağlanılıb. "Google" beləcə yeniləməni 100 min dollar mükafat paylayacaq "Pwn2Own"dan yalnız 2 gün əvvəl yayımlayıb. Yəni "Chrome"da boşluq tapmağa çalışacaq xakkerlərin işi indi daha çətin ola bilər. Bağlanılan 10 boşluğun 4-ü müstəqil araşdırmaçılar tərəfindən aktlaşdırılıb "Chrome"un səhv tapmaq mükafatlandırma proqramından 5.000 dollar qazandıqları bildirilib. Google, bu şəkildə il ərzində 15.500 dollarlıq mükafat paylayıb. Xatırladaq ki, "Google", ötən günlərdə "IOS" üçün təqdim etdiyi "Chrome"u da yeniləmiş, yaxın günlər üçün yeni axtarış funksiyaları vədini vermişdi.