Əlaqə Arxiv
news Image
2013.03.06
17:53
| A A A
"iPhone 5S" istehsalı başladı

Yaponiya mərkəzli bir "Apple" bloqunun xəbərinə görə, "Apple" "iPhone 5S" üçün istehsala başlayıb. Movqe.Az-ın məlumatına görə, "Apple" xəbərləri ilə bağlı olam Yapon texnologiya bloqu "Macotakara", "iPhone" və "iPad"lərin montajını həyata keçirən "Foxconn"un "iPhone 5S" istehsalına başladığını bildirib. Məlumatın etibarlı bir qaynaqdan olduğunu qeyd edən yapon bloqu "Macotakara",  "Apple, iPhone 5S -i iyun və iyul aylarına qədər tanıdacaq." şərhini verib. Yeni 5S-in, LED texnologiyasına sahib daha yaxşı bir kamerası və bundan əlavə digər yeni xüsusiyyətlərə malik olacağı ilə bağlı söz-söhbətlər gedir.

Sizin Reklam Yeriniz