Əlaqə Arxiv
news Image
2013.03.06
18:48
| A A A
"Youtube"da yeni tətbiq

Amerika "Fortune" jurnalı, "Youtube"un, "iTunes" və "Spotify"a oxşar ödənişli üzvlük tələb edən yeni bir musiqi sistemi üzərində çalışdığını və sistemin bu ilin sonunda xidmətə girəcəyini yazıb. Movqe.Az-ın məlumatına görə, təxminən 800 milyon istifadəçisi olan "Youtube"un musiqi xidməti layihəsi ilə video üzərindəki reklamlar xaricində də gəlir əldə edəcəyi bildirilir. "Youtube"un bu layihə üçün, "Warner Music Group" şirkəti ilə danışıqlar apardığı qeyd edilib. Əvvəl də "Google", 13 milyon musiqi parçasının olduğu "Google Music" adlı musiqi xidmətini həyata keçirmişdi.

Sizin Reklam Yeriniz