news Image
2013.03.07
16:01
| A A A
Dünyanın ən yüngül və ən kiçik telefonu
Yapon GSM "Phone Strap 2" modelini tanıdıb.

Yapon GSM operatoru "Willcom", "dünyanın ən kiçik və ən yüngül telefonu olan "Phone Strap 2" modelini tanıdıb. Movqe.Az-ın məlumatına görə, 32 x 70 x 10.7 mm ölçülərində olan telefon, 32 qram ağırlığa sahibdir. 1 düymlük ekranı olan cihazda, axtarış edib mətn əsaslı e-poçt göndərmək mümkünür. Kamerası olmayan "Phone Strap 2"nin batareyası 2 saatlıq danışma müddəti təqdim edir. Yaponiya itehsalı telefonun qiyməti isə hələ açıqlanmayıb.