Əlaqə Arxiv
news Image
2018.01.12
11:36
| A A A
Hərəkətləri ilə Hitlerin əsgərlərini hipnoz edib onlara cəhənnəm yaşadan rəqqasə – FOTO


Bu polşalı ballerina tarixdə öz rəqsləri deyil, törətdiyi ölüm hadisələrilə qalıb. Əfsanəyə çevrilən bu xanım öz şücaəti ilə Polşa xalqının sevimli qəhrəmanıdır.

Fransiska Rozenberq adlı rəqqasənin gələcəyinə böyük ümidlər bəslənirdi. Bütün ustadları onun bir gün çox məşhur olacağına inanırdılar. Varşavanın yəhudi ailəsində doğulan bu gənc balerina şəhərin ən nüfuzlu rəqs məktəbində təhsil alırdı. 1939-cu ildə Brüsseldə keçirilən beynəlxalq rəqs müsabiqəsində 4-cü yeri qazanmağı ona dünya şöhrəti gətirir. Çox böyük pərəstişkar ordusu yaranır.Hitler Almaniyası Polşanı ələ keçirdəndən sonra ölkədə yaşayan yəhudilərin həyat uğrunda mübarizəsi başlandı. Xalqının digər yüzlərlə nümayəndəsi kimi 23 yaşlı Fransiska da milli izlərini itirmək üçün ailə qurub Mann soyadını götürür. Şəhərin ucuz kabarelərində çıxış edib, çətinliklə çörək pulu qazanmağa başlayır. Bu həyat keçmişin şöhrətli balerinasının ürəyincə olmasa da taleyi ilə razılaşmaq məcburiyyətində idi.

1942-ci ildə nasistlər Varşavadakı alman əsirlər qarşılığında neytral ölkələrin pasportu olan yəhudiləri təhlükəsiz ərazilərə çatdırmağa söz verirlər. İsevçrədə hazırlanan bu pasportların qiyməti 20 min dollara bərabər idi. Müharibə dövründə isə bu pul hər kəsdə yox idi. Hətta bu “ölüm pasportları”nı almağa maddi durumu yetən yəhudilər də ömürlərini əsir düşərgələrinə başa vuracaqdılar. Pasportu olmayan yəhudilərsə əllərindəki son pullarını, zinət əşyalarını nasistlərə vermək məcburiyyətində idilər. Bu yolla əsirlikdən azad olacaqlarına ümid etsələr də onları da digərlərilə birgə eyni qədər gözləyirdi.Həmin dövrdə Fransiska da əsirlər sırasında idi. Bir sıra tarixi mənbələrdə keçmiş balerinanın nasist ordusu ilə əməkdaşlıq etdiyi bildirilsə də bu fakt sübuta yetirilməyib.
Minlərlə yəhudini qatarlara mindirib saxta pasportları və nasistlərə verdikləri bəxşişlər sayəsində təhlükəsiz ölkəyə çatdıracaqlarına söz verən Hitler ordusu Ovsensim şəhəri yaxınlığındakı düşərgəyə aparırlar. Ölkənin sərhədlərini keçməzdən öncə onlara sanitariya məqsədilə çimmək məcburiyyətində olduqlarını bildirirlər. Elə bu an insanları qaranlıq otaqlara yəni zəhərli qaz buraxan kameralara salırlar. İşgəncə ilə öldürülən yəhudilərin cəsədlərinin yanıq qoxusu havanı bürüməyə başlayır.

II Dünya müharibəsi zamanı Polşanın Osvensim şəhəri yaxınlığında almanların əsir düşərgəsi olub. Bu şəhər o vaxtdan “yerdəki cəhənnəm” adlandırılır. Alman faşistləri bu düşərgədəki əsirlərə cəhənnəm əzabı yaşadıblar. Yozef Mengele adlı həkim isə girovlar üzərində qandonduran təcrübələr keçirib.

Fransiska həmin an anladı ki, bu cəhənnəmdən qaçış yoxdur. O, özünün və yüzlərlə diğər girovun həyatda qalması üçün ən son şansını sınadı. Yavaş-yavaş soyunub, striptiz oynamağa başladı. Öz cazibədar hərəkətlərilə alman əsgərlərini sanki hipnoz edirdi. Gənc nasistlər onun çılpaq bədənindən başqa artıq heç nə görmürdülər. Elə bu an dikdaban çəkməsi ilə bir əsgərin üzünə möhkəm zərbə endirib, üzünü qana buladı. Silahı əlinə alıb, bir neçə nasisti öldürdü. Qadınlar hamısı əlbir olub, həyat uğrunda vəhşi mübarizəyə qalxdılar. Nasistlərin burnunu dişləyib, baş dərilərini qoparan girov qadınlar səs-küyə gələn digər əsgərlərin güllələrinə qurban getdilər.

Bu kədərli hadisənin digər qandonduran təfərrüatlar önəmli deyil. Vacib olan fakt minlərlə can alan müharibələrin qaranlıq siması və törətdiyi fəsadlarıdır.

Hərəkətləri ilə Hitlerin əsgərlərini hipnoz edib onlara cəhənnəm yaşadan rəqqasə – FOTO
Hərəkətləri ilə Hitlerin əsgərlərini hipnoz edib onlara cəhənnəm yaşadan rəqqasə – FOTO

publika.az

Sizin Reklam Yeriniz