news Image
2012.04.26
14:43
| A A A
Kəmalə Qaramollayeva:“Bizə isti yay havası lazımdır” - Fotosessiya

Hazırda növbəti klipin çəkilişlərinə başı qarışan müğənni Kəmalə Qaramollayeva Movqe.Az-a verdiyi açıqlamada yeni fotosessiyasında müxtəlif obrazlarda göründüyünü bildirdi. Sadə görünüşdə olan müğənni seçimini bu cür əsaslandırdı:

"Bəzən fotosessiya edənlər elə düşünürlər ki, insan mütləq qeyri adi görünüşdə olmalıdır. Özünü haldan-hala salmalıdır. Əslində buna etirazım yoxdur, lakin bunu vacib şərtdə hesab etmirəm. Şəxsən mən budəfə ki çəkimlərdə olduğum kimiyəm. Əlbəttə müəyyən dəyişikliklər var. Lakin bəzilərindən fərqli olaraq emoqızlar kimi gözlərimi qaraldaraq saçlarımdada sankifen "partlayıb" obrazını yaratmamışam. Yeni "Vayaman" mahnısına uyğun olaraq şıltaq qız obrazındayam. Baxmayaraqki, bu, mənim xasiyyətimə ziddir". 

"Vay aman" klipindən söz açan sənətçi yaxın günlərdə kamera qarşısına keçəcəyini bildirdi. Onuns özlərinə görə, ssenarisi bəlli olan klipdə mahnının müəllifi həmkarı RəhimRəhimlidə yaxından iştirak edəcək. Müğənniyə dəstək olaraq ekran işinin hazırlanmasında bəzi ideyalar verəcək: "Rəhimin klipdə çəkilib-çəkilməyəcəyi hələlik bəlli deyil". 


Bildirək ki, Kəmalənin növbəti klipinin çəkilişlərinin yaxtada reallaşacağı planlaşdırılır. Lakin bu fərqli vəAzərbaycanda rast gəlinməmiş yaxta olmalıdır. Bu səbəbdən də klipin xaricdə, komfortlu və arzu olunan, geniş yaxtanın ola biləcəyi bir ölkədə çəkilməsi düşünülüb. 

"Çəkilişi indidə başlaya bilərdik. Amma bizə isti yay havası lazımdır. 3-4 geyimdə - müasir, yayın əhvalına uyğun geyimlərdə çəkiləcəm", - deyən Kəmalə Qaramollayeva sıradan bir kliplə ekranda görünməyəcəyini xatırlatdı.

Türkan Nadirqızı

Movqe.Az 












Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs