Əlaqə Arxiv
news Image
2017.11.20
17:13
| A A A
Evində it saxlayanlar daha uzun yaşayır

İsveçrədə edilən araşdırmaya görə, evdə it saxlayan insanların  it saxlamayan insanlara nisbətən ürək və digər ölümcül xəstəliklərdən ölmə ehtimalı 36 faiz daha azdır. Movqe.az xəbər verir ki, bunun İsveçrənin Uppsala Universitetində epidemiologiya professoru Tove Fall həyata keçirib. 
Sorğuda təxminən üç milyon yarım insan iştirak edib. İştirakçılardan 40-80 yaşa qədər olanlar 12 il xəstəliklə əlaqədar qeydə alınıb. Onların 13 faizinin iti olub. Tove Fall it saxlayan və tək yaşayan insanların sağlamlıq vəziyyəti arasında böyük fərq olduğunu söyləyərək bildirib: "İnsanların sağlamlıq vəziyyəti tək olduqda daha çox dəyişir. Əgər evinizdə it varsa, yalnız yaşamanın mənfi təsirlərini aradan qaldırırsınız". 
Qeyd edək ki, ingiltərəli həkimlərin araşdırmasına görə, təkliyin insan sağlamlığı üçün ölümcül xəstəliklər qədər təhlükəsi var. Odur ki, İsveçrədə aparılan araşdırmaya görə, evdə it saxalamaq yalnızlığa qarşı vasitə olaraq görülür. Maraqlısı odur ki, T.Fallın araşdırmasına görə, ov itləri daha faydalıdır.

Mübariz Bayramov 

Sizin Reklam Yeriniz