Əlaqə Arxiv
news Image
2013.03.12
15:44
| A A A
Yaponiyadakı zəlzələ kosmosdan hiss edilib
Movqe.az xəbər verir ki, elm adamları, iki il əvvəl Yaponiyada meydana gələn Tohoku zəlzələsinin kosmosdan hiss edilidiyini müəyyən edib. 11 mart 2011-ci ildə meydana gələn 9 bal şiddətindəki zəlzələnin atmosferə səs dalğaları göndərdiyi bunun Goce peyki tərəfindən qəbul edildiyi açıqlanıb. Həssas qəbuledicilərə malik Goce peyki Yerdən 255 kilometr uzaqlıqda yerləşir. Bu müşahidə, Geophysical Resarch Letters adlı elmi jurnalda nəşr olunub. Zəlzələlərin kosmosa bu cür aşağı səviyyəli səs dalğaları göndərdiyi əvvəllər də kəşf edilmişdi lakin bu vəziyyət indiyə qədər orbitdəki heç bir kosmos vasitəsi tərəfindən qeydə alınmamışdı. Vulkanlar, zəlzələlər, qasırğalar meteroit düşmələri insanların qəbul edə biləcəyi səs səviyəsindən zəif səs dalğalarına səbəb olur. Balina, fil kimi heyvanların bu zəif səs səviyyələri vasitəsilə ünsiyyət qurduğu düşünülür. Xatırladaq ki, Yaponiyada iki il əvvəl baş verən Tohoku zəlzələsi ardınca reallaşan sunami 15 min nəfərin ölümünə səbəb olmuşdu.
Sizin Reklam Yeriniz