news Image
2013.03.12
17:44
| A A A
"WhatsApp" tarixə çevriləcək

"Apple"ın yeni mesajlaşma tətbiqi "MessageMe" istifadəyə verilib. Movqe.Az-ın məlumatına görə,  "Iphone", "Ipad", "Ipod Touch" və "Android" ilə istifadə edilə bilən "MessageMe", məşhur tətbiq "WhatsApp" ilə bənzər xüsusiyyətlərə sahibdir. Dünyada ən sıx tətbiq olması güman edilən bu tətbiq, yalnız mesajlaşma ilə məhdud deyil. Bu yeni tətbiqlə mesajlaşmadan əlavə şəkil çəkib göndərə, "Youtube" vasitəsilə videoları, "iTunes" ilə mahnıları paylaşa bilərsiniz, hətta qabiliyyətinizi işə salıb rəsm belə çəkə bilərsiniz. "MessageMe" ilə, "Facebook"a daxil olub, dost siyahınızı yeni tətbiqə dəvət edə bilərsiniz. Qarşınızdakına mesaj göndərmək istədiyiniz  zaman video, mahnı, şəkil və rəsm kimi açarlar arasından sürətli bir seçim etmək imkanınız olacaq. "MessageMe", "Facebook Messenger", "WhatsApp", Yaponiyada "Line", Cənubi Koreyada "Kakaotalk" və Çində "Wechat" kimi bir çox tətbiqlə qarşı-qarşıyadır. Bu yarışı kim qazanacaq bilinmir amma, pulsuz olan bu tətbiqə maraq artıq çox böyükdür.