Əlaqə Arxiv
news Image
2017.12.04
09:30
| A A A
Hələ belə üzsüz oğru olmamışdı - Skrin olunmuş mesajlar - FOTO

İngiltərədə qəribə hadisə baş verib.

Movqe.az milli.az-a istinadən bildirir ki, oğru oğurladığı telefonu açmaq üçün telefon sahibindən kod istəyib.

Beth Freestone adlı qız Mançesterdəki gecə klublarının birindəykən onun "iPhone" markalı telefonu oğurlanıb.

Hadisədən 5 ay sonra 18 yaşlı qız Feysbuk-da təəccübləndirici mesaj alıb. Belə ki, mesajda telefonu tapdığını iddia edən qadın onu işlətmək üçün qızdan təhlükəsizlik kodunu istəyib.

Mesajda yazılıb:

"Salam. Ümid edirəm ki, mənim kim olduğum maraqlı deyil. Mənim öz telefonum təmirdə olduğu üçün iki həftədir sənin telefonunu işlədirəm. Lakin "iCloud" kodu olmadan işlətmək olmur. Mümkünsə, parolu deyin, mən sizin hesabdan çıxıb, öz hesabımı əlavə edim.

 

Hə, bi rdə ki, telefondan istədiyin hər hansı şəkil və ya fayl var?"

Oğrunun üzsüzlüyü qızı dəhşətə gətirib. O, mesajları skrin edərək Tvitter-də paylaşıb. Beth bildirib ki, oğru telefonu qaytaracağını söyləyib, sonra da onu bloka atıb. Oğrunun mesajları Tvitter-də maraqla qarşılanıb.

 

Sizin Reklam Yeriniz