news Image
2013.03.13
16:13
| A A A
Kivinin faydalı xüsusiyyətləri

Kivinin insan orqanizmi üçün faydaları çoxdur. Tərkibi A, C vitaminləri,  kalsium, dəmir, maqnezium kimi minerallarla zəngindir.  Qida dəyəri çox yüksək olan bu meyvənin bir dənəsi gün ərzində insanın A və C vitamininə olan ehtiyacını ödəyir.   

Kivi bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan götürür. Təzyiqi və qanda olan xolestrinin miqdarını aşağı salır. Qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir, qanı təmizləyir.

Bu möcüzəvi meyvəni zökəm, xroniki öskürək, astma xəstəliyi zamanı  da istifadə etmək məsləhətdir. Bundan başqa, antioksidant xassələrə malik olan kivi, hətta xərçəngin də qaşısının alınmasında kömək olur.

Tərkibindəki vitaminlərin zənginliyinə görə, uşaqlar və hamilə qadınlar üçün də çox faydalıdır.

Kividən kosmetologiyada da geniş istifadə olunur. Kivi dərinin rəngini yaxşılaşdırır, pilinq effekti verir. Ondan hazırlanan maskalar qırışların qarşısını alır.