Əlaqə Arxiv
news Image
2013.03.13
17:17
| A A A
Sensasiya: Marsda həyat varmış...
ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri sensasiyalı açıqlama veriblər. Onlar dünən hesabat yayaraq bildiriblər ki, aparılan son tədqiqatların nəticələrinə görə, Marsda həyat olub. Buna "Qırmızı planet"də aşkarlanmış mineral və süxur nümunələri dəlalət edir.

Movqe.az Space-ə istinadən bildirir ki, NASA-nın Mars Araşdırma Proqramının təmsilçisi Maykl Meyer keçirdyi mətbuat konfransında bu barədə açıqlama verib.

"Marsda bir zamanlar həyat olduğunu düşünürük. Sübutları isə fevralın 9-da Mars səthini dələrək süxur nümunələri götürmüş Curiosity aparatından gələn cavablardan sonra açıqlaya bilərik. Marsda tapılmış minerallarda su izləri var", - Meyer deyib.

2011-ci ilin noyabrın 26-da Marsa göndərilmiş Curiosity 2012-ci ilin avqustun 6-da "Qırmızı planet"in səthinə enmişdi.
Sizin Reklam Yeriniz