Əlaqə Arxiv
news Image
2012.04.26
20:51
| A A A
İkiüzlü telefonlar gəlir - foto - video
“Microsoft” ağıllı telefon anlayışını təməldən sarsıdacaq yeni ideyayla qarşımızda...

Movqe.Az bu vaxta qədər hazırlanan ağıllı telefonların bir ortaq istiqaməti var, hamısı da bütün əməliyyatlar bir ekranlı "tourch screen" vasitəsi ilə reallaşdırılır. Lakin "Microsoft" bütün steretipləri dağıdacaq yeniliklərə imza atıb. Artıq pantenti də alınan yeni telefonun hər iki üzündə ekran olacaq.

"PatentBolt.com" "Microsoft"un Amerikan Patent və Təltif Haqqları Ofisindən aldığı son patent ilə əlaqədar bəzi vizualları və detalları yayımlayıb. Patent verilən mobil telefonun ilk üzü adi ağıllı telefonlar kimi toxunmaq vasitəsi ilə idarə ediləcək. Digər ikinci üzü isə müxtəlif məlumatları istifadəçiyə çatdırmaq üçün istifadə edilə bilər.

Məsələn, arxa ekranda "eInk" (elektronik mürəkkəb) texnologiyası istifadə edilərək, gələn mesajlar istifadəçiyə ən az enerji istifadə edilməklə daha rahat oxunaqlı şəkildə çatdıracaq. Yaxud arxa ekranda hərəkətli vizuallar istifadə edilərək ağıllı telefonun daha dəyişik və maraqlı görünməsi təmin edilə bilər. Patent ərizəsinə hətta görə bu texnologiya telefon qablarına da tətbiq oluna biləcək.

"Microsoft"un bu ideyası mütəxəssislər üçün gerçək hesab edilməsə də gələcəkdə onun reallaşdırılmasının mümkünlüyü inkar edilmir.


Tural QABİLOĞLU


Sizin Reklam Yeriniz