Əlaqə Arxiv
news Image
2013.03.14
15:52
| A A A
"Skype" danışıqları dinlənilir

Rusiya xüsusi kəşfiyyat işçilərinin, "Skype" vasitəsilə edilən bütün danışıqlara qulaq asa bildikləri məlum olub. Movqe.Az Vedomosti qəzetinə istinadən bildirir ki, bir qrup şirkətlər danışıqların qulaq asıla bildiyi üçün "Skype" çox istifadə etmirlər. Qəzetə müsahibə verən sibernetik cinayətlərlə məşğul olan "Group-IB"nin ümumi direktoru İlya Saçkov, "Xüsusi qruplar bir neçə ildir "Skype" vasitəsilə aparılan danışıqları yalnız dinləmir, eyni zamanda istifadəçilərin yerlərini də təsbit edə bilir. Buna görə də şirkət işçilərimiz işlə əlaqədar mövzuları artıq "Skype"da danışmırlar." deyib. "Peak Systems"in direktoru Maksim Emmin qəzetə verdiyi məlumatda isə, "Microsoftun 2011-ci ilin mayında "Skype"ı almasından sonra qanuni dinləmələr üçün sistem yaradıb." sözlərini söyləyib. Hər hansı bir istifadəçinin xüsusi bir tətbiq ilə sistemə girə bildiyini və istifadəçinin kodlarını əldə edə bildiyini qeyd edən Emm, "Serverə bağlanma imkanınız varsa, danışıqları və mesajları ala bilərsiniz. "Microsoft" bu texnologiyanı yalnız rus kəşfiyyatına deyil, bütün xüsusi qruplara verir." Qəzetə danışan şəxsi əlaqələr mütəxəssisləri, Rusiya kəşfiyyatının çox vaxt məhkəmə qərarı olmadan dinləmə etdiyini, amma yalnız "tələb üzərinə" dinlədiklərini iddia ediblər. Qəzet, Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti (FSB) səlahiyyətlilərinin mövzu ilə əlaqədar şərh etmək istəmədiklərini yazıb. Rus hüquqşünaslara görə "Skype" dinləmə problemi bir qisim razılaşmalarla həll edilə bilər.

Sizin Reklam Yeriniz