news Image
2013.03.14
16:42
| A A A
Əriyin faydalı xüsusiyyətləri

Ərikdə insan sağlamlığı üçün bir çox faydalı xüsusiyyətlər var. Tərkibi A, B, C və P vitaminləri, dəmir, maqnezium, kalsium, fosfor, kükürd, mis, xrom və manqan mineralları ilə  zəngindir. Ərikdə olan A vitamini infeksiyalara qarşı müqavimətin artmasında əhəmiyyətli təsirə malikdir, xərçəngə qarşı qoruyucu vəzifəni yerinə yetirir, sərbəst radikalların meydana gəlməsinin qarşısını alır.

Tərkibindəki B vitamini sayəsində bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyəti olan ərik, qəbizliyə çox yaxşı təsir edir, iştahı açır və həzmi asanlaşdırır.

Ərik immunitet sistemini gücləndirir qanı artırır, qan dövranına köməkçi olur və sinirləri yatırır, yuxu nizamlanmasına kömək edir. 

Bu meyvədə natrium az, potasium isə çox olduğuna görə, ürək çatışmazlığı, böyrək xəstəlikləri, hepatit, sirroz müalicəsində və ürək əzələlərinin güclənərək düzgün işləməsində müsbət təsirinin olduğunu öyrənilmişdir. Bununla yanaşı, əriyin tərkibindəki maqnezium və kalsium qırtlaq yanmalarının qarşısını alır. 

Ərik qan təzyiqinin nizamlanmasında kömək olur, kolon xərçəngi, diş və şəkər xəstəliyinin meydana çıxma riskini azaldır.

Mədə və qaraciyəri xəstə olanlara gündə 3 ədəd ərik qurusu yemək məsləhət görülür.

Ərikdən kosmetologiyada da eniş şəkildə istfadə olunur. Ondan hazırlanan maskalar dərini cavanlaşdırır, üzdə olan qara nöqtələri  və civzələri aradan qaldırır, cildə parlaqlıq verir.