news Image
2012.04.27
10:26
| A A A
Günəşin oxşarı tapılıb

Mövqe.az xəbər verir ki, Elm xadimləri Dünyadan təxminən 200 işıq ili uzaqda Günəşə çox bənzəyən bir ulduz təsbit edib. Onun ətrafında  əlverişli həyat şəraitinə malik planetlər ola biləcəyi ehtimal olunur.

"HP 56948" adı verilən ulduz Avropa Cənub Yarımkürəsi  Astronomik Araşdırmalar Təşkilatına  (ESO) aid olan Şilidəki VLT, Keck və Hobby Eberli Teleskopu ilə ilk dəfə müşahidə edilib. Braziliyadakı Sao Paulo Universitetinin səma cisimləri üzrə mütəxəssisi olan  Jorge Melendez "HP 56948"in Günəşlə eyni  xüsusiyyətlərə-istilik,böyüklük və kimyəvi xüsusiyyətlərə  malik olduğunu deyib. 

Melendez və onun qrupunun cavabını axtardığı ən böyük sual isə " HP 56948" in bizim Günəş sistemimizdəki kimi planetlərə sahib olub olmadığıdı.  Astronomlar sözügedən ulduzun ətrafında Yupiter və Saturn kimi nəhəng planetlər  görmədiklərini,  planetin Dünya kimi əlverişli həyat şəraitinə malik olduğunu  və bu haqda axtarışların davam etdiyini bildirib. 

Əfqanə Məzahirqızı


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs