Əlaqə Arxiv
news Image
2013.03.15
13:42
| A A A
Xərçəng xəstəliyi daha qorxulu olmayacaq
Xərçəng şişlərinə sensorlu çiplərin implant edilməsi onkologiyada əsl inqilab sayılır

Mikroskopik sensorlar (onların ölçüsü kirpik boydadır) onkoloji xəstəliyi nəzarətdə saxlayacaq. Bu sensorların birbaşa xərçəng şişlərinə implant edilməsi nəzərdə tutulur. Bu barədə Day.Az "The Independent" qəzetinə istinadən məlumat yayıb. 


Edinburq universitetinin professoru Alan Mürrey əmindir ki, sensorlar tək şişlərə nəzarət etməyəcək, həm də real zaman rejimində onları müalicə edəcək. Sensorla həmin şişlər üçün həyati əhəmiyyətli faktorları - qandakı oksigenin miqdarını və bioloji molekulları müəyyənləşdirir. Yığılmış məlumat simsiz rabitə ilə ötürülür və nəticədə həkimlər müəyyən edə bilirlər ki, hansı zonanı intensiv olaraq müalicə etmək lazımdır. İndi şüa terapiyasını kor-koranə şəkildə həyata keçirirlər. 


Hazırda Edinburq və Eriota Vatta universitetlərinin ekspertləri sensorların yekun variantı üzərində birgə iş aparırlar.  


Sizin Reklam Yeriniz