Əlaqə Arxiv
news Image
2013.03.15
12:05
| A A A
Gines rekorlar kitabına girməyə hazırlaşır
Movqe.az xəbər verir ki, Rumıniyada yaşayan Ştefan Popesku 2 metr uzunluğundakı pan fleyta ilə Gines Rekordlar Kitabına girmək istəyir. Targu-Jiu şəhərindəki incəsənət məktəbi müdir müavini Ştefan Popescunun akasiya bambuk ağaclarından hazırladığı fleytanın 53 üfürmə borusu var. Popesku, vəsaitləri Fransadan gətirib. Borularla əlaqədar materialları Rumıniyada tapa bilmədiyini ifadə edən Popesku, "Bu vəsaitlər üçün 1,5 il gözlədim" deyib. Nəhəng Pan fleytanı düzəltmək üçün bir dülgər ustası ilə birlikdə 3 ildən çox həssaslıqla çalışdığını söyləyən Popescku, fleytanın səs nizamını hazırlamağın belə dörd ayını aldığını vurğulayıb. Dünyada altı oktava səs çıxara bilən belə nəhəng bir fleytanın olmadığını düşünən Popesku, "Bu səbəblə düzəltdiyim fleytanın rekordlar kitabına girəcəyindən əminəm." deyib. Musiqi müəllimi Ştefan Popeskunun qabiliyyətləri yalnız bunlarla bitmir. Popesku, eyni zamanda tək əllə fleyta çalmağı bacarır. Kökü, şüşəni almanı da musiqi aləti olaraq istifadə edə bilir. Dünyada ən böyük pan fleyta, 43 üfürmə borusu ilə yenə Rumıniyalı usta Georgi Zamfirə aiddir.
Sizin Reklam Yeriniz