Əlaqə Arxiv
news Image
2013.03.15
16:25
| A A A
Hörümçək Adam Nyu Yorku "xilas etdi"
Hörümçək Adam bu dəfə Nyu Yorkun iqtisadiyyatını "xilas etdi"

Nyu Yorkda çəkilən "The Amazing Spider Man 2" filmi şəhər iqtisadiyyatına milyonlarla dollar qazandırır. Movqe.Az-ın xəbərinə görə, Çəkilişləri 5 aydır davam edən və səhnələrinin çoxu Bruklin və Lonq adasında çəkilən film sayəsində 3 min 500 adama məşğulluq təmin edilib və bəzi rolları üçün təxminən 11 min adama ödəmə edilməsi gözlənilir. Filmdə çalışanlar üçün də bölgədəki otellərdə 3 min otaq tutulub. "The Amazing Spider Man 2", 2014-cü ilin may ayında yayımlanacaq. Xatırladaq ki, 2012-ci ildə Nyu Yorkda çəkilən 134 film şəhər iqtisadiyyatına 2.2 milyard dollar gəlir gətirib.

Sizin Reklam Yeriniz