Əlaqə Arxiv
news Image
2013.03.15
15:47
| A A A
Balıq yağı - gənclik eliksiri

Balıq yağı ilə bağlı çoxsaylı araşdırmalar aparılmış və onun br sıra faydalı xüsusiyyətləri aşkara çıxarılmışdır. Tərkibində olan Omeqa-3 yağ turşuları beyin hüceyrələrini cavanlaşdırır, immuniteti gücləndirir, xərçəngə qarşı qoruyucu və önləyici təsir göstərir. 

Amerikalı tədqiqatçılar sübut ediblər ki, balıq yağı xüsusi ilə orta yaşlı insanlar üçün daha faydalıdır. Yaşlılıqla əlaqədar olan göz zəifliyini aradan qaldırır. Bu məhsul həmçinin, yaşla bağlı yaranan müxtəlif əqli pozğunluqların aradan qaldırılmasına kömək edən profilaktik üsul hesab edilir.

 

Balıq yağı uşaqlara da çox faydalıdır. Onların xəstəliyə qarşı müqavimətini artırır, zehni inkişafına müsbət təsir göstərir.

 

Hamilə və südverən analar da balıq yağından istifadə etməlidir.  Bu qida məhsulu körpələrin mərkəzi sinir sisteminə və bədən inkişafına müsbət təsir göstərir.


Balıq növlərinə görə siz qızılbalıq, sardina (siyənək fəsiləsindən xırda balıq), skumbriya və ala balığa üstünlük verilməsi məsləhət görülür. Bu yağın tərkibi təxminən yunan qozu, toxumlu qabaq və soya bitkisində də vardır. Məhz bu qidalar insanın daha uzun yaşamasına yardım edir. 







Sizin Reklam Yeriniz