news Image
2013.03.15
17:35
| A A A
Əhalisi 8,3 milyonu keçdi
Dünyanın ən sıx əhalisi olan şəhərlərindən biri olmağa namizəddir...

Nyu Yorkda əhalinin sayının 8,3 milyonu keçdiyi bildirilib. Movqe.Az xəbər verir ki, Nyu York Bələdiyyə Başçısı Maykl Blumberqin verdiyi məlumata görə, statistikalar şəhərdə yaşayan əhalinin ilk dəfə bu qədər yüksək olduğunu göstərib. Nyu Yorka köçənlərin sayının şəhəri tərk edənlərin sayından daha çox olduğunu qeyd edən Blumberg, 2010-cu ildən 2012-ci ilə qədər 160 mindən çox adamın Nyu Yorka yerləşdiyini bildirib. Nyu Yorkda əhalinin ən sıx artım göstərdiyi səmtin Bruklin olduğu qeyd edilib.