news Image
2013.03.15
18:20
| A A A
Son 30 ilin ən quraqlıq dövrü

Yeni Zelandiyada son 30 ilin ən quraq dövrü yaşanır. Movqe.Az-ın xəbərinə görə, hökumətin verdiyi məlumatda, quraqlıq səbəbiylə fermerlər üçün vergi kəsintiləri və çöl sahədə qrupları dəstəkləmək məqsədiylə bəzi işlərin görüldüyü bildirilib. İqtisadi çətinlik yaşayan cütçülərin müvəqqəti olaraq işsizlik yardımlarından faydalana biləcəyi yazılan məlumatda, son 30 ilin ən quraq dövrünün yaşandığı ölkədə, quraq bölgələrin sahəsinin genişlənməsi qeyd edilib. Cütçülər ölkədə yaşanan quraqlığın xərcinin təxminən 820 milyon dollar olduğunu güman edirlər. Ölkənin xüsusilə şimal adasında quraqlığın uzun müddətdir təsirli olduğu bildirilib. Elm adamları isə qeyri-adi hava şəraitinin qlobal iqlim dəyişikliklərinin bir işarəsi ola biləcəyini qeyd ediblər.