Əlaqə Arxiv
news Image
2018.04.06
12:17
| A A A
800 ilə məhv olur, düşdüyü yerdə təhlükə yaradır

Hər gün istifadə edilən bazarlıq torbaları barədə yeni qanun layihəsi hazırlanıb.

Movqe.az medicina.az-a istinadən bildirir ki, Türkiyədə hazırlanan qanun layihəsinə görə 2019-cu il 1 yanvar tarixindən etibarən belə ağ torbalar insanlara pullu satılacaq.
Bununla da neylon torbalar sıradan çıxacaq.

Bəs bu qərar nələri dəyişdirə bilər?

Torpaqda həll olunması uzun illər çəkən belə torbalar, günəş şüaları və istiyə məruz qaldığı zaman tərkibindəki maddələr xərçəng xəstəliyinə səbəb olur.
Ancaq buna baxmayaraq insanlar yenə də bunlardan istifadə edirlər. Türkiyə ilə yanaşı bir çox ölkələr də belə paketlərə qarşı çıxaraq buna bənzər qanun layihəsinə qatılırlar. Almaniyada da yerləşən bir çox supermarketlərdə neylon torbalar pul qarşılığında alıcılara satılır. İtaliya da belə ölkələr sırasındadır. Bu qərar Çində 2008-ci ildə qəbul edilib. Belə torbaların biri üçün insanlar minimum 2 sent ödəyirlər.

Bəs Azərbaycanda da toplanması düşünülən belə torbaların zərəri nələrdir?

Bir torbanın təbiətdən itməsi üçün 800 il lazımdır.

Bu, xərçəng xəstəliyinə səbəb olur.

Dənizə atılan zaman dəniz canlılarının həyatını təhlükəyə atır.

Yandırıldığı zaman isə bir çox xəstəliklərin yaranmasına səbəb olur.

Sizin Reklam Yeriniz