Əlaqə Arxiv
news Image
2013.03.18
15:33
| A A A
Diyetoloqlar böyrək üçün 7ən faydalı məhsulun adını açıqlayıblar

Mütəxəssislər belə hesab edirlər ki, qida rasionunda zəruri məhsullar istifadə edilsə, böyrək xəstəliyinin yaranma riski əhəmiyyətli dərəcədə azalar.


"Medikinform"-un yazdığına görə, diyetoloqlar belə hesab edirlər ki, sağlam böyrəyə sahib olmaq üçün qida rasionuna müəyyən məhsulları daxil etmək vacibdir.


Mütəxəssislər böyrək xəstəliyi riskini azaldan və böyrəklərin sağlam və stabil işləməsinə kömək olan yeddi əsas məhsulu müəyyən ediblər. 


Siyahidə birinci yerdə böyrəklər üçün vacib olan, orqanizmi A vitamini ilə təmin edən göyərti durur. Məsələn, tərkibi efir yağları ilə zəngin olan şüyüd  daşları əridir və böyrək sancılarını sakitləşdirir.


Faydalılıq baxımından ikinci yeri sidikqovucu xüsusiyyətlərə malik olan alma və alma qabığı tutur.


Sidikqovucu təsirlərə malik olan balıq, faydalı məhsulların üçüncüsü, qarpız isə, dördüncüsüdür.


Beşinci yerdə su və kalium duzları ilə zəngin olan balqabaq durur.


Böyrəklərə faydalı olan məhsulların altıncısı  tərkibində vitamin C  bol olan itburnudur.


Siyahini həzm və maddələr mübadiləsini sürətləndirən, liflə zəngin olan çovdar unundan hazırlanan çörək və bulka tamamlayır.


Yadda saxlamaq lazımdır ki, xroniki böyrək çatışmazlığı ölüm riskini artırır.



Sizin Reklam Yeriniz