Əlaqə Arxiv
news Image
2018.01.15
09:57
| A A A
Məşhur simaların nikah müqavilələrində AĞLAGƏLMƏZ BƏNDLƏR - FOTO

Məşhur və varlı ailələrinin nümayəndələri ailə quranda maliyyə məsələləri də özü-özlüyündə nikah qarşısında duran əsas məsələlərdən biri olur. Maliyyə müqaviləsi nikaha qədər və mütləq yazılı şəkildə olmalıdır.

Bir çoxları ailə həyatı haqqında müqavilənin bəndlərinə təkcə maliyyə məsələlərini deyil, həm də seksual tələblərini və ya romantik şərtlərini də daxil edir. Bəziləri isə kağız üzərində ən gözlənilməz məqamlar barədə razılığa gəlirlər.

Movqe.az  bu yazıda oxucuları məşhurların nikah müqavilələriylə tanış edir.

Mark Zukerberq - Prisçilla Çan

Mark Zukerberq və Prisçilla Çan rəsmi nikaha daxil olmazdan əvvəl şərt kəsmişdilər ki, bir-biriylə daha çox vaxt keçirməlidirlər. Bu, 2012-ci ildə Çan Palo-Altoya köçəndə baş vermişdi. Müqaviləyə görə, Zukerberq öz qanuni xanımını həftədə bir dəfə görüşə dəvət etməyə borcludur, həftənin ən azı yüz dəqiqəsini ofisdən kənarda onunla təklikdə qalmalıdır. Cütlüyün sərvəti 74,5 milyard dollar qiymətləndirilir.

Cessika Bil - Castin Timberleyk

Cessika Bil Castin Timberleyk üçün xəyanət bəndi hazırlayıb. Əgər Castin başqa qadına aşiq olarsa, onda Cessika 500 min dollar alacaq. Ulduzların ümumi sərvəti 248 milyon dollardır.

Nikol Kidman - Kit Urban

Nikol Kidmanla Kit Urbanın nikah müqaviləsi narkotiklər və spirtli içkilərlə bağlıdır. Kit il ərzində zərərli vərdişlərdən uzaq olarsa, o, hər il üçün 600 min dollar alacaq. Lakin Nikol düşündüyünüz qədər qəddar həyat yoldaşı deyil, o, qala-şamlarında ərinə bir neçə qədəh şampan içməyə icazə verir.
Cütlük 2006-cü ilin iyun ayında evlənib, Urban həmin ilin oktyabrında reabilitasiya mərkəzində alkoqol asılılığından artıq müalicə olunub.
Onların sərvəti birlikdə 205 milyon dəyərində qiymətləndirilir.

Cey Zi - Beyons

Cey Zi və Beyons analığa kağız üzərində əsl iş kimi yanaşır. Müğənni hər uşağa görə 5 milyon dollar alır. Həmçinin nikah müqaviləsinə Beyonsla bağlı bəndlər daxil edilib. Məsələn, cütlük iki il ərzində birlikdə yaşamazlarsa, Beyons birdəfəlik 10 milyon dollar, həmçinin 15 il birgə yaşadıqları xoşbəxt həyatın hər ilinə görə 1 milyon dollar alacaq.

"Forbs"-ın hesablamalarına görə, Beyonsla Cey Zi dünyanın ən varlı sənətçiləridir. Cütlüyün sərvəti 1,16 milyard dollardır.

Maykl Duqlas - Ketrin Zeta-Cons

Məşhur aktyor Maykl Duqlas və Ketrin Zeta-Consun nikah müqaviləsində daha qeyri-real məbləğlər var. Ulduzların uzaq 2000-ci ildə imzaladığı sənədə əsasən, Ketrin Mayklla yaşadığı nikahın hər ilinə görə 2,8 milyon dollar alır. Əgər qadınların sevimli aktyoru başqaları flirt edərsə, ona kompensasiya 5 milyon təşkil edəcək.

Ebru Gündeş - Rza Zərrab

Xəbər verdiyimiz kimi, ABŞ-da məhkəmə qarşısına çıxarılan Azərbaycan əsilli iş adamı Rza Zərrabın və qohumlarının Türkiyədəki bütün mülkləri müsadirə edilib. Rza Zərrabın tanınmış müğənni Ebru Gündeşlə nikahdan doğulan qızı Alaranın da adının olduğu siyahıda ümumilikdə qohumunun və yaxın adamının adı var. Lakin iş adamının həyat yoldaşı Ebru Gündeş adına olan mülklərini qoruyub saxlaya bilib.

Türkiyənin "Hürriyət" qəzetinin verdiyi məlumata görə, müğənni Rza Zərrabla evlənərkən onunla əmlaka dair müqavilə imzalayıb. Müqavilədə qeyd edilib ki, hər iki şəxsin evlənənə qədər əldə etdiyi mülklər onların şəxsi mülkiyyətində qalacaq və nikahla ümumiləşdirilməyəcək. Buna görə də Ebru Gündeşin Rza Zərrabın rolu olmadan əldə etdiyi hər şey onun ixtiyarında qalıb. Lakin onların qızı Alaranın adına keçirilmiş bütün mülklər dövlətin xeyrinə müsadirə edilib. (publika.az)

Sizin Reklam Yeriniz