Əlaqə Arxiv
news Image
2018.01.15
10:24
| A A A
"O Səs Türkiyə"də azərbaycanlı iştirakçı zülm-zülm ağladı - Sevdiyim qız başqasına ərə gedir - VİDEO

Dünən axşam TV8 ekranlarında yayımlanan "O Səs Türkiyə" mahnı yarışının II turunun seçim mərhələsi keçirilib.

Movqe.az milli.az-a istinadən  xəbər verir ki, bu buraxılış azərbycanlı iştirakçının növbəti tura yüksəlməsi ilə əlamətdar olub. Belə ki, Hadisənin komandasında Furkan Anıl Muşluoğlu, Hülya Parlak ilə növbəti tura yüksəlmək üçün səhnəyə çıxan azərbaycanlı iştirakçı Ozan Əhmədovun performansı hər kəsi duyğulandırıb.

"Duyanlara duymayanlara"mahnsını ifa edərkən göz yaşlarını saxlaya bilməyən Ozan ifası bitən kimi "Səni çox sevirəm" sözləri ilə ünvanlı mesaj göndərib. Zaldakı tamaşaçıların Ozan Əhmədovdan ifa etdiyi mahnını bir ağızdan "Bir daha" deyərək istəməsi isə diqqətdən qaçmayan əsas məqamlardan olub. 

Hadisə 3 iştirakçı arasında seçimini etməmişdən öncə Ozandan niyə hönkür-hönkür ağladığını soruşub. 22 yaşlı azərbaycanlı iştirakçının etirafı isə həm zala toplaşan, həm də ekran önündə əyləşən tamaşaçıların duyğulanmasına səbəb olub:

 

"Uşaqlıq sevgim var. Təxminən 10 ildir onu görmürəm. İndi eşitmişəm ki, bu yaxınlarda başqası ilə ailə həyatı qurur.

Yarışdan sözügedən anları təqdim edirik:

 

Sizin Reklam Yeriniz