Əlaqə Arxiv
news Image
2018.03.21
10:40
| A A A
Öldükdən sonra həyata qayıdacaqlar

Bəzi insanlar öldükdən sonra bədənlərini dondurub gələcəkdə geri qayıtmağı ümid edirlər.
Movqe.az xəbər verir ki, Denis Kowalski adlı adam və ailəsi kriyoprezervasyon adlı bu gedişat üçün 140 min dollar ödəyib.

Cryonics firması yenidən diriltmək üçün insan bədənini aşağı dərəcələrdə uzun müddət qoruyur. Firma 160 insan bədənini və 100 ev heyvanını dondurulmuş şəkildə saxlayır. Kowalski ailəsi də bu dünyada ikinci bir şansları olacağına ümid edib. Firma 140 min dollar qarşılığında öldükdən sonra onların bədənlərini donduracaq.

Proses insan ölü elan edildikdən sonra başlayır və bədən ilk olaraq buz qabına qoyulur. Daha sonra meyit Michigandakı Cryonics İnstitunun şirkət mərkəzinə daşınır və buxarlaşan bir soyutma otağına aparılır. Sonra bədən gələcəkdə oyandırmaq ümüdü ilə xüsusi bir saxlama qabına qoyulur.

Bir çox mütəxəssis bu bədənlərin həyata dönəcəklərinə ümid olmadığını bildirib. Dennis Kowalski isə bu proses üçün "İtiriləcək şey çox az, amma qazanılacaq olan çoxdur " deyib.

Proqrama qeydiyyatda 2 min insan olduğu bildirilib.

Öldükdən sonra həyata qayıdacaqlar - FOTOLAR
Öldükdən sonra həyata qayıdacaqlar - FOTOLAR
big.az

Sizin Reklam Yeriniz