news Image
2013.03.19
15:46
| A A A
Marian çökəkliyində həyat var?

Movqe.az xəbər verir ki, Beynəlxalq elm insanları birliyi, Böyük Okeanın 11 kilometr dərinliyindəki çuxurda hərəkətli misroskobik həyat olduğunu kəşf edib. Araşdırmayla əlaqədar məqalə, Nature Geoscienceadlı elmi jurnalda nümayiş olunub. Əvvəllər Mariana Çuxuru adı verilən su altı kanyonundakı şəraitin hər hansı bir orqanizminyaşamasına icazə vermədiyi düşünülürdü. Lakin araşdırmayla, bəzi canlıların donma səviyyəsinə yaxın sularda, böyük təzyiq altında qaranlıqda yaşadığını göstərən dəlillərə,  yenisi əlavə olunub. Araşdırma məqaləsinin yazıçılarından Dr. Robert Turneviç, " Dənizlərin ən dərin nöqtələri, yalnız ölü bölgələr deyil" deyib. Alimlər üç il əvvəl böyük sualtı kanyonuna idarə olunmayan vasitə göndərib bu vasitə müxtəlif nümunələr yığıb. Nümunələrdəki oksigen səviyyələri, çox sayda mikroskopik orqanizmin varlığını aşkar edib. Dr.Turneviç, "Bu mikroblar bizim kimi tənəffüs edir" deyib. Üstəlik dəlillərə görə, okeanın 11 kilometr dərinliyindəki tək hüceyrəli, primitiv canlılar 6 kilometr dərinlikdəkibölgədə yaşayanlara görə iki qat aktivdir.