news Image
2013.03.19
01:31
| A A A
Kameralı əxlaqsız tutuldu

Tualetdə cib telefonuyla qadınları əlverişsiz vəziyyətdə videoya çəkən 50 yaşlı əxlaqsız bir fransız keçən həftə tutulub. Movqe.Az-ın məlumatına görə, əxlaqsız biri kimi tanınan fransız, ölkənin ən tanınan alış-veriş mərkəzinin qadınlar tualetini sanki özünə məskən seçib. Brest şəhərində baş verən hadisədə tualetə girən bir qadın yan tualetdən cib telefonuyla çəkildiyini anlayan zaman hadisə ortaya çıxıb. Vəziyyəti başa düşən qadın çölə çıxaraq tualetin qapısını kilidləyib, vəziyyəti mağazanın təhlükəsizlik qruplarına bildirib. Tutulan əxlaqsızlığın cib telefonunun yaddaş kartında son iki il içində qadınlar tualetində çəkilmiş 1535 video görüntüsü tapılıb. Prokuror Bastien Diakomo, bu əxlaqsız fransız haqqında "başqa bir qadının tualetdə soyunması üçün üzərinə turşu tökdüyü" ittihamı ilə haqqında ayrı bir iddia açıldığını da bildirib. Pozğunun məhkəmə nəticəsində 1 ilə 2 il həbs cəzası alması gözlənilir.