news Image
2013.03.19
18:35
| A A A
Xoruzların 24 saatlıq bioloji ritmi

Yaponiyadakı Naqoya Universitetinin Suyoşi Şimmura və Takaşi Yoşimura, gün doğumunda banlayan xoruzların zamanı necə bildiklərini məlum edilər. Movqe.Az-ın məlumatına görə, xoruzların 24 saatlıq bioloji ritmə sahib olduğu ortaya çıxıb. Araşdırma daxilində bir qrup xoruz daha əvvəldən içinə kamera yerləşdirilmiş qaranlıq bir otaqda saxlanılıblar. Xoruzlar günün hər saatı banlasa da  böyük bir qisimi gün doğumunda banlayıb. Heç günəş işığı görmədən 2 həftə qaranlıq otaqda tutulan xoruzların, bioloji saatları gedərək pozulub və daha tez vaxtsız banlamağa başlayıblar. Təcrübənin digər 2 həftəlik dövrünü də qaranlıq otaqda keçirən xoruzlar, 24 saata söykənən bioloji ritimlərini tamamilə itirərək, gün doğuşunu ayırd edə bilməyiblər. Ümumilikdə 4 həftə qaranlıq otaqda saxlanılan xoruzların, işıq görmədikləri üçün bioloji ritimlərinin tamamilə pozulduğu və yenidən hərəkətə keçməsi üçün işığa ehtiyac duyduqları təyin olunub. Araşdırma, "Current Biology" jurnalında nəşr olunub.