Əlaqə Arxiv
news Image
2018.09.24
15:14
| A A A
"Super Mario" haqqında animasiya filmi çəkiləcək

Yaponiyanın videooyunlar istehsal edən "Nintendo Co., Ltd." şirkəti "Illumination Entertainment" ilə birgə uşaqların məşhur oyun qəhrəmanı "Super Mario" haqqında film çəkmək niyyətindədir.

Movqe.az-ın məlumatına görə, filmə "Illumination Entertainment" kinoşirkətinin baş icraçı direktoru, "Buz dövrü", "Mən yaramazam" animasiya filmləri ilə tanınan Kristofer Meledandrinin və "Nintendo"nun baş idarəedici direktoru, "Mario", "Donkey Dong" kimi seriyaların yaradıcısı Siqeru Miyamotonun prodüserlik edəcəyi bildirilir.

 

Filmin istehsalını "Universal Pictures"in dəstəyi ilə "Nintendo" şirkəti maliyyələşdiriləcək.

Kinoteatrlarda animasiya filminin prokatına "Universal Pictures" cavabdeh olacaq.Trend

Sizin Reklam Yeriniz