8 min nəfər "Google Glass"ı sınayacaq
Movqe.az xəbər verir ki, ABŞ-da 8
min nəfər "Google"ın
internet əlaqəli eynəklərini
sınayacaq. "Google", şanslı
şəxslərə, gözlüyün
sınaq versiyasını istifadə
haqqı qazandıqlarını
dünəndən etibarən bildirməyə
başlayıb. "Google Glass"
(Google Eynəkləri) məhsulunu
sınayacaq istifadəçilər,
1500 dollar ödəyəcək
və eynəklərini təslim
almaq üçün Nyu
York, Los Anceles və ya
San Franciskoya gedəcək.
Ağıllı telefonlara bənzər
xüsusiyyətlərə sahib olan
yeni məhsulun sensorlu
ekran yerinə səsli
əmrlərə cavab verəcək
şəkildə hazırlandığı deyilib.
Çərçivələrindən birinə
kiçik kamera və
ekran yerləşdirilən eynəklər
sayəsində istifadəçilərin,
e-poçtlarını nəzarət
edə biləcəkləri, sosial şəbəkələri
ziyarət edə biləcəkləri və
ya əllərini istifadə etmədən
şəkil və video
çəkilişi edə biləcəkləri
deyilib. "Google Glass"
bu ilin sonunda
və ya ilin əvvəlində
700 -1500
dollar arasında bir
qiymətlə satışa təqdim
ediləcək.