Əlaqə Arxiv
news Image
2018.04.21
15:19
| A A A
Malayziyada yeni dil aşkar olunub

Malayziyanın şimalında yerləşən kəndlərin birində dilçilər indiyə qədər məlum olmayan danışıq dili aşkar edib.

Movqe.az-ın məlumatına görə, Kelantan ştatının Sunqay Rual kəndinin sakinlərini müşahidə edən alimlər onların ətraf bölgələrdən fərqlənən dildə danışdığını müəyyənləşdirib.

 

Qeyd olunur ki, bu dildə yalnız kəndin 300-ə yaxın sakini danışır. Həyata keçirilən müşahidələr nəticəsində məlum olub ki, bu dildə “almaq” və “satmaq” anlayışları, eləcə də xüsusi mülkiyyət, məhkəmələr, cinayətlər kimi anlayışlar mövcud deyil.

Qeyd edək ki, statistikaya əsasən dünyada 7 minə yaxın dil mövcuddur ki, bunlardan yalnız 6 faizi geniş yayılıb.

 

Sizin Reklam Yeriniz