Əlaqə Arxiv
news Image
2013.03.27
14:39
| A A A
Bu da günəş enerjisiylə işləlyən Nokia telefonu!
Movqe.az xəbər verir ki, "Nokia"ın Facebook mesajı, şirkətin yeni telefonlarında günəş enerjisini istifadə edə biləcəyini ağıllara gətirib. Ötən günlərdə "Nokia"ın Facebook səhifəsində yayımlanan bu fotoşəkili, "Görəsən əfsanə firma indi günəş enerjili batareya doldururan xüsusiyyəti mi axtarır?" sualını verdirir. Fotoşəkilin altında mövcud olan, Beatles mahnısından alınan "Sun, sun, sun, Here we come" ("Günəş, günəş, günəş, gözlə gəlirik") sözləri , firmanın tezliklə günəş enerjisiylə doldurulan telefonlarla qarşımıza çıxacağı iddialarını gücləndirir. Nokia bundan əvvəl günəş enerjili batareya doldururan texnologiya ilə maraqlanıb. Lakin bu fotoşəkil yayımlanana qədər bu iddiaların hamısı firmadan edilən şərhlərlə yalanlanmışdı. İndi mövcud olan texnologiya, telefonu fotoşəkildəki kimi günəşə istiqamətləndirərək batareyanı doldurmağı mümkün edir: Fransız firması Sunpartner'ın MWC sərgisində tanıtdığı yeni bir texnologiya, demək olar ki, hər səthi günəş enerjisi yaradacaq hala gətirir. Firma 2014-cü mövcud istehsal gücünü iki qatına çıxarmağı hədəfləyir.
Sizin Reklam Yeriniz