Əlaqə Arxiv
news Image
2013.03.28
16:09
| A A A
Ən çox yatan insan axtarılır

Qeyri-adi iş imkanlarına biri də əlavə olunub. Movqe.Az-ın məlumatına görə, bu elan yuxuya doya bilməyənlərin yuxularını bəzəyəcək. Finlandiyada bir otel, 35 gün ərzində otaqlara nəzarət edəcək və təcrübələri yazacaq "professional yuxu həvaskarı" axtarır. Paytaxt Helsinkinin mərkəzindəki "Hotel Finn"in müdiri Tio Tikka, bar və restoranı olmayan oteldə təcrübələrini "internet gündəliyində qələmə alacaq dinamik birini" axtardıqlarını söyləyib. Bu iş üçün Fin, ingilis və rus dillərini bilməyin vacib olduğunu söyləyib. İndiyə qədər 600-dən çox adamın müraciət etdiyi qeyd edilib. Müraciət müddətinin aprelin sonunda bitəcəyi, seçiləcək adamın 17 mayda işə başlayacağı qeyd edilib, ancaq iş üçün hər hansı bir ödəniş verilib-verilməyəcəyi mövzusunda məlumat bildirilməyib.

Sizin Reklam Yeriniz