Əlaqə Arxiv
news Image
2013.03.28
16:41
| A A A
Dünyada 100 nəfər yaşasaydı...

Movqe.az xəbər verir ki, dünya əhalisini araşdıran bir proyektə görə, dünyada yalnız 100 nəfər yaşasa, 15-i pis qidalanacaq, 1 nəfər isə aclıqdan öləcək. Ən çox çin dilində danışılacaq. Hər il beynəlxalq təşkilatlar dünyanın demoqrafik quruluşuyla bağlı hesabat yayımlayır. Lakin bu rəqəm qarışıqlığından sıyrılıb dünya əhalisinin demoqrafik vəziyyətini bilmək üçün bu statistikaya nəzər yetirmək kifayətdir. 7milyardlıq dünya əhalisinin bütün dərəcələri qorunaraq hazırlanan hesabata görə, dünyada yalnız 100 nəfər olsaydı 50-si qadın, 50-si kişi olmaqla, 60 Asiyalı, 15 Afrikalı, 14 Amerikalı 11 Avropalı yaşayacaqdı.
26 uşağın yaşayacağı bu kiçik dünyada, 65 yaşını ötmüş yalnız 8 nəfər olacaqdı.
33 xristian, 22 müsəlman, 14 Hindi 7 Budist, 12 ateist olacaqdı.
Ən məşhur dil olan Çin dilini 12 nəfər danışacaq, 5 nəfər İngilis İspan dilinə üstünlük verəcəkdi. Edilən statistika, dünyadakı fərqli həyat standartlarını müəyyən edib.100 nəfərdən 21-i piylənmə xəstəliyi olacaq, 15-i qeyri-kafi qidalanacaq və 1 nəfər aclıqdan öləcəkdi.
Evində elektrik olmayanların sayı isə 22 olacaqdı. Yəni bütün əhalinin təxminən dörddə biri qaranlıqda yaşacaqdır.
48 nəfər ayda 2 dollarla yaşayacaqhər iki uşaqdan biri yoxsul olacaqdı.

Sizin Reklam Yeriniz