Əlaqə Arxiv
news Image
2013.03.28
18:05
| A A A
Pişik naviqasiyası

İngiltərənin Uiltşir şəhərində pişiyi itən bir adamın hazırladığı naviqasiya cihazı sayəsində evcil heyvanların harada gəzdiyi və nə etdiyini görmək artıq mümkün olacaq. Movqe.Az-ın məlumatına görə, hər hansı bir ev heyvanının boynuna ilişən 15 santimetr ağırlığındakı cihaz sayəsində GPS ilə heyvanların harada olduğu görülə bilir. Heyvanlar evə qayıtdıqları vaxt "Google Earth" peyk görünüşləri üzərindəki məlumatları bir veb saytı vasitəsilə USB-yə yazmaq mümkündür. Cihazın 50 avro olduğunu bildirən Deyv Evans həmçinin bu cihazın su keçirməz olduğunu da qeyd edib. Evans şərhində, "Pişiyim hər gün kökəlirdi və mən də onu daha az bəsləmək məcburiyyətində qalırdım. Lakin indi o gün ərzində istədiyi qədər gəzib başqalarından da yemək yeyə bilir. Bu cihaz itlər üçün də istifadə edilə bilər. Məsələn, itinizin gün ərzində nə qədər gəzdiyi müəyyən oluna bilir. Bu cihaz sayəsində "Google Earth" üzərindən heyvanların haralarda gəzdiyi asanlıqla istifadəçiyə göstərilə bilər" deyib.

Sizin Reklam Yeriniz