Putinin yeni təlimatı
Movqe.az xəbər verir ki, Rusiya Prezidenti
Vladimir Putin, Qaradənizdə
geniş tərkibli hərbi
manevrin edilməsi təlimatını
verib. Putinin Mətbuat
Spikeri Dmitri Peskov,
Rusiya liderinin yerli
saat ilə 06.00-da
təyyarədə Müdafiə
Nazirliyinə göndərdiyi
məktubda hərbi əməliyyatla əlaqədar
təlimat verdiyini söyləyib.
İnterfaks xəbər agentliyinə
görə, manevrdə Sevastopol
və Novorossiysk hərbi
dəniz bazalarındakı 36
döyüş gəmisi, hava
və dəniz komando
birlikləri, həmçinin hərbi
kəşfiyyat "GRU"ya bağlı
xüsusi birliklər də
vəzifə alacaq. Peskov,
"manevrdə 7
min əsgər və
zabitlərdən ibarət birliklər
iştirak edir. Əsgər sayı
7 min olduğu
üçün hərbi əməliyyatla əlaqədar
ortaqlara əvvəldən xəbər
verilməsinə ehtiyac görülməyib"
deyib.